Türkiyə Çinin istehsal etdiyi vaksindən istifadəyə rəsmi icazə verdi

22:20 13-01-2021 452

Türkiyə Əczaçılıq və Tibbi Cihaz Agentliyi Çinin “Sinovac” şirkətinin isthsalı olan “CoronaVac” vaksininin istifadəsinə icazə verib.

Bu barədə Türkiyənin “Sözcü” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, artıq sabahdan etibarən Türkiyədə ilk olaraq səhiyyə işçilərinin vaksinasiyasına başlanılır.