Ağcabədi sakini narkotik maddə satarkən tutuldu

13:20 14-01-2021 510

Ağcabədi sakini narkotik maddə satarkən tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb. 

Ağcabədi RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Avşar kənd sakini, əvvəllər məhkum olunmuş M.Quliyev 4 qrama yaxın metamfetamini satarkən cinayət başında yaxalanıb.

Polis əməkdaşlarının onun yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı oradan 1 kiloqram 815 qram heroin də aşkar edilərək götürülüb.