İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə - FOTO

12:20 15-01-2021 390

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşaya səfəri çərçivəsində illər əvvəl ulu öndər Heydər Əliyevlə birlikdə şəkil çəkdirdiyi ərazidə olub. 

Dövlət başçısı və birinci vitse-prezident qızları Leyla Əliyeva ilə birlikdə həmin ərazidə şəkil çəkdirib. 

Prezident İlham Əliyev Heydər Əliyevin çəkdirdiyi fotonu da təqdim edib.

Foto 1982-ci il iyul ayının 29-u Şuşa şəhərində çəkilib. Həmin dövrdə Azərbaycan KP MK-nın 1-ci katibi olan Heydər Əliyev bir qrup mədəniyyət və incəsənət xadimi ilə Şuşada keçirilən Vaqif poeziya günlərində iştirak edib. Bu şəkil də tədbir ərəfəsində Şuşa şəhərinin gəzintisi zamanı lentə alınıb.