Rusiya XİN-i: "Azərbaycan və Ermənistan ziyalıları arasında birbaşa dialoqu alqışlayardıq"

13:40 15-01-2021 386

Moskva Azərbaycan və Ermənistan ziyalıları arasında birbaşa dialoqun qurulmasını alqışlayardı.

Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Biz Azərbaycan və Ermənistan ziyalıları arasında birbaşa dialoqun qurulmasını, həmçinin iki ölkənin birgə humanitar xarakterli tədbirlər keçirməsini yalnız alqışlayardıq. Fikrimizcə, belə təşəbbüslər barış, qarşılıqlı inam mühitinin formalaşmasına yardım edir, həm Azərbaycan, həm erməni xalqlarına, bütövlükdə Cənubi Qafqaz regionu və Rusiya Federasiyası üçün də faydalıdır”, -deyə M.Zaxarova bəyan edib.

Rusiya XİN rəsmisi bildirib ki, əgər Bakı və İrəvan səmimi istək nümayiş etdirərlərsə, Rusiya tərəfi onlara bu istiqamətdə hərəkət etmək üçün dəstək verəcək.