Bakıda ev yandı

00:00 18-01-2021 319

Bakıda evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, ümumi sahəsi 100 m² olan ikimərtəbəli evin mətbəxində tavan 6 m² sahədə yanıb.

Yüksək temperaturdan plastikdən ibarət qapı və üç ədəd məişət avadanlığı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.