ABŞ-da son sutkada 200 min insan koronavirusa yoluxdu

04:20 18-01-2021 401

ABŞ-da son sutka ərzində koronavirusa 198 min yeni yoluxma qeydə alınıb. 

Bununla bağlı “RİA Novosti” agentliyi məlumat yayıb. 

Bildirilib ki, 24 saat ərzində 3 286 nəfər bu virusdan ölüb. 

Ümumilikdə bu günə qədər ABŞ-da 24 342 781 insan koronavirusa yoluxub, onlardan 405 861 nəfər ölüb, 14 348 242 nəfər isə virusdan sağalıb.