Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsinin həcmi açıqlanıb

14:20 18-01-2021 382

2020-ci ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 4 milyard 161 milyon dollar təşkil edib. Ticarət dövriyyəsinin dəyəri əvvəlki ilin göstəricilərinə nisbətən 7,7 faiz azalıb.

HerGun.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən il Azərbaycandan Türkiyəyə 2 milyard 598 milyon dollar dəyərindən məhsul ixrac edilib. 2019-cu ilin göstəricilərinə nəzərən ixrac həcminin dəyəri 9,3 faiz azalıb.

Eləcə də, Türkiyədən Azərbaycana 1 milyard 563 milyon dollar dəyərində məhsul idxal edilib. İdxal həcminin dəyəri əvvəlki ilə nisbətən 5,1 faiz azalıb.

2020-ci ildə Azərbaycanla ümumi ticarət dövriyyəsində Türkiyənin payı 13,54 faiz təşkil edib. Türkiyə Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə İtaliyadan sonra ən çox ticarət əməliyyatları həyata keçirdiyimiz ikinci ölkə olub.

Nigar Məmmədova