Bakıda mənzildə yaşlı qadının meyiti tapıldı

22:20 18-01-2021 341

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

HerGun.Az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Yakıbova Mirvari Raxidovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.