Rusiyada baş vermiş qar uçqunu nəticəsində federasiya prezidenti həlak olub - YENİLƏNİB+VİDEO

00:00 19-01-2021 366

Bu gün Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında baş verən qar uçqunu nəticəsində Dombay Dağ-Xizək və Snoubord Federasiyasının prezidenti Hacı Murad Marşankulov həlak olub.

TASS agentliyi xəbər verir ki, xəbəri mərhumun övladı Şamil Marşankulov da təsdiqləyib.

“Bəli, ölən mənim atamdır, federasiya prezidentidir. Onu xilas etmək mümkün olmadı. İndi gözləyirəm, meyitini aşağı düşürəcəklər”, - deyə Ş.Marşankulov bildirib.

17:54

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında qar uçqunu baş verib.

Ölkənin Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə nəticəsində 4-12 nəfər qarın altında qalıb.

“Dombay qəsəbəsindəki Mussa-Açitara dağında qar uçqunu baş verib. Hadisə nəticəsində dağ xizəyi yolu, iki xizək icarəsi obyekti və kafe qar altında qalıb. İlkin məlumatlara əsasən, adıçəkilən ərazilərdə 4-12 nəfər xidməti personal və xizək həvəskarı olub”, - deyə məlumatda bildirilir.

Hazırda hadisə yerində xilasedicilər çalışır.