Çexiyanın XİN başçısı koronavirusa yoluxub

00:40 19-01-2021 383

Çexiya Xarici İşlər naziri Tomaş Petrjçek koronavirusa yoluxub

“RİA Novosti” agentliyi bu barədə Çexiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər yayıb.

“Özümü pis hiss edirəm, yorğunam, amma indiyə qədər daha ciddi əlamətlər yoxdur”, - deyə T. Petrjçek qeyd edib.

XİN başçısı əlavə edib ki, bəzi video konfranslar istisna olmaqla, xəstəliyi ilə əlaqədar olaraq nəzərdə tutulmuş iş proqramını ləğv edib.