Gənc qız içki üstündə sevgilisini yandırdı

04:20 20-01-2021 379

27 yaşlı qız 42 yaşlı kişinin üstünə tezalışan maye tökərək onu yandırıb.

REN TV-nin məlumatına görə, qorxunc hadisə Rusiyanın paytaxtında baş verib.

Hadisə şahidi binanın 12-ci mərtəbəsindən yanan evsizi və onun yanında gənc qızı görüb. Şahid özü alovu söndürüb. Zərərçəkən bədəninin 90 faiz yanması ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, onlar sevgili olublar. Marjinal həyat tərzi keçirən cütlük hadisə günü spirtli içki üstündə dalaşıb.

Artıq şübhəli saxlanılıb.

Baş verənlərlə əlaqədar “öldürməyə təşəbbüs” maddəsi ilə cinayət işi açılıb.