Dünyada geniş istifadə olunan koronavirus vaksini daha da təkmilləşdiriləcək

11:20 21-01-2021 355

Oksford Universiteti və “AstraZeneca” əczaçılıq şirkəti COVID-19-un müxtəlif ştammlarına qarşı effektli olan yeni vaksin hazırlamağı planlaşdırır.

Bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb. Məlumata əsasən, hazırda Britaniya sakinlərinə vurulan peyvəndin təkmilləşdirilmiş versiyasının istehsalı üzrə hazırlıq işləri gedir.

“Mövcud peyvəndi daha da təkmilləşdirmək, onu koronavirusun digər növlərinə qarşı təsirli etmək üçün bir qədər vaxt lazımdır. İstehsal sisteminə müvafiq dəyişiklikləri etmək üçün isə bir-iki gün kifayət edər”, - deyə məlumatda bildirilir.

Qəzet hökumətin virusun yeni növlərinin yayılması təhlükəsindən ciddi şəkildə narahat olduğunu da qeyd edib. Bu heç də əsassız deyil. Belə ki, ekspertlərin fikrincə, koronavirusun Britaniya ştammının yayılma sürəti 70 faizdən daha yüksəkdir.