Gəncədə ev yanıb

00:20 22-01-2021 384

Gəncədə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.