Planetin ən gözəl qızı: “Xarici görünüşümə görə həmişə sataşıblar” - FOTO

00:40 22-01-2021 44

“TC Candler” əyləncə saytı planetin ən gözəl qızı kimi israilli model Yael Şelbiyanı seçib. Model  Xarici görünüşünə görə daim tənqid olunduğunu bildirib.

Bu barədə “The Sun” xəbər yayıb.

19 yaşlı qız dünyanın ən gözəl 100 qızı siyahısında ilk yerdə olmasından çox təəccübləndiyini bildirib. O, heç namizədlər arasında olduğunu düşünmürmüş.

“Hesab edirəm ki,  insanı xeyirxahlıq, təvazökarlıq və optimizm gözəl edir. İnsan xeyirxah olanda bu onun gözlərindən görünür, gözlər isə heç vaxt yalan demir”, - deyə Şelbiya bildirib.

Qeyd edək ki, gənc model 2017-ci ildə də planetin ən özəl qadınları siyahısında 14-cü yerdə olub.