ABŞ-da böyük məbləğdə cek-pot uduldu

04:00 22-01-2021 334

ABŞ-ın Merilend ştatının sakini “Powerball” lotoreyasında 731 milyon dollar məbləğində cek pot udub.

Bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilir ki, biletin sahibi 29 il ərzində hissə-hissə ödəniləcək 731 milyon dollarla 546 milyon dollarlıq birdəfəlik ödəmə arasında seçim edə biləcək.

Qeyd olunur ki, bu, “Powerball” lotereyasının tarixindəki ən böyük beşinci cek-pot uduşudur.