Lempard “Çelsi”dən qovulsa, onu Alleqri və ya Tuxel əvəzləyə bilər
05:00 22-01-2021 460
Frenk Lempard “Çelsi”nin baş məşqçisi postundan gedəcəyi halda Massimiliano Alleqri və Tomas Tuxel London klubunun sükanı arxasına keçə bilər.
Bu barədə “Sky Sports” məlumat yayıb.
Nəşr qeyd edir ki, hazırkı baş məşqçi qarşıdakı oyunlarda nəticələri yaxşılaşdırmayacağı halda klubdan qovula bilər. Alleqri və Tomas Tuxel isə özləri də “Çelsi”də çalışmaqda maraqlıdır.