Təhsil kreditləri üçün dövlət büdcəsindən ayrılacaq pulun miqdarı AÇIQLANDI

13:00 22-01-2021 40

“Bu il ərzində təhsil kreditlərinin təqdim edilməsi ilə bağlı planlarımız var”.

HerGun.Az-ın müxbirinin məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir bildirib ki, müəyyən sayda tələbənin təhsil kreditini ödəməsi ilə bağlı problemi var:

“Bunu ali təhsil müəssisələri ilə müəyyən uzlaşmalarla, fərdi qaydada baxmaqla həll etmək vacibdir. Digər tərəfdən bu il ərzində təhsil kreditlərinin təqdim edilməsi planlarımız var. Dövlət büdcəsində bununla bağlı 80 milyon manat nəzərdə tutulur”.

Nazir əlavə edib ki, ölkədə təhsil haqqı vergi güzəştləri əsasında xeyli aşağıdır:

“Bakalavriat səviyyəsi üzrə təhsil haqqı orta hesabla illik 2500 manatdır. Bəzi regional müəssisələrdə bu məbləğ daha aşağıdır”.

İlhamə Əbülfət