Bakıda fərdi evdə yanğın olub

23:40 24-01-2021 346

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 98 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağında 5 ədəd yataq dəsti yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan 1 ədəd soyuducu qismən qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.