Bakıda 37 yaşlı kişi bıçaqlandı

03:40 25-01-2021 329

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Biləcəri qəsəbəsində 1984-cü il təvəllüdlü Hüseynov Nazim Əzizxan oğlu mübahisə zəminində bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı onda sol bud nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Hadisənin təfərrüatı araşdırılır.