Qonşu yanan mənzildən beş uşağı xilas etdi - VİDEO

06:40 25-01-2021 446

Rusiyanın Perm vilayətində mənzillərin birində baş verən yanğın az qala faciə ilə nəticələnəcəkdi.

“Vesti”nin məlumatına görə, Berezniki rayonundakı Sülh küçəsində yerləşən mənzildə yanğın hadisəsi baş verib. Mənzildə yaşayan ana 7 aylıqdan 12 yaşadək olan beş uşağını evdə tək qoyaraq işə gedib. Evin alışmasını isə ilk olaraq qonşu blokda yaşayan Natalya adlı qadın görüb.

Özü də çoxuşaqlı ana olan Natalya ətrafdakıların köməyi ilə yanan mənzildəki uşaqların hamısını çölə çıxararaq, onları xilas edə bilib. Uşaqlardan biri istisna olmaqla, digərləri anaları işdən gələnədək onu Natalyanın mənzilində gözləməli olublar.

İlkin məlumata görə, uşaqlardan biri, hələ üç yaşı tamam olmayan körpə kibritlə oynayarkən divan alışıb. Məhz həmin uşaq ağır yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.