Yeni “Toyota Highlander”: Müasir ailə üçün qabaqcıl krossover

15:20 27-01-2021 392

Avtomobil sürərkən ailənizlə maksimal komfort arzu etməyinizdən, yaxud yaxınlarınızla səyahət edərkən istirahətdən zövq almaq istəməyinizdən asılı olmayaraq, idarə etməli olduğunuz avtomobil “Toyota Highlander”dir.

Yeni “Toyota Highlander” sizə arzu etdiyiniz hər şeyi verməyə, gündəlik səfərlərinizi daha mükəmməl etməyə hazırdır. “Toyota” Yeni Qlobal Arxitektura (TNGA) platformasının sayəsində sizə və yaxınlarınıza daha böyük imkanlar, komfort və təhlükəsizlik vəd edən bu avtomobildə 8-dək insan səyahət edə bilər.

Yeni “Highlander” dəbdəbəli və müasir interyeri ilə sizə hər an zövq verəcək. Avtomobilin sərt cizgilərə malik alət paneli 8 düymlük sensor displeyə malikdir. Burada Highlander sisteminin fərqli funksiyalarından asanlıqla istifadə edə bilərsiniz. Avtomobilin bütün oturacaqlarında keyfiyyətə xüsusi diqqət yetirilib. Yumşaq səthlər və yüksək səviyyəli materiallar mükəmməlliyi ilə sizə və sevdiklərinizə unudulmaz anlar yaşadacaq.

“Highlander” avtomobilinin müasir dizaynı hara getməyinizdən asılı olmayaraq, başgicəlləndirici uğura sahib olacaq. Genişləndirilmiş qanadlar avtomobilin görünüşünü xüsusi vurğulayır.

Avtomobilin kapotundan arxa faralara qədər uzanan sərt cizgilər isə onun müstəsna gözəlliyə malik görünüşünə özünəməxsus rəng qatır.

Şəhərdə səyahət edərkən, ya da təbiət qoynuna çıxarkən Highlander avtomobilinin ürək oxşayan komfortundan zövq alacaqsınız. Yüksək davamlılığa malik TNGA platforması avtomobili səlis və sakit səfərlər üçün möhkəm karkasla təmin edib. Avtomobilin tam ötürücülü idarəetmə imkanlarını dinamik fırlatma anının paylanması sisteminə malik tam ötürücülü idarəetmə ilə yeni zirvələrə çıxarın.

“Highlander” gecə sürüşündən şəhər kənarına bir günlük səfərlərə qədər istənilən səyahətin öhdəsindən gələ bilər.

Yaşadığınız macəralara daha çox əyləncə gətirin. “Highlander” avtomobilinin müasir texnologiyalı displeyi sayəsində nəzarəti bir an belə əldən buraxmayacaqsınız. Daha fərdiləşdirilmiş təcrübə yaşamaq üçün sadəcə standart “Apple CarPlay®” ilə “iPhone®” telefonunuzu avtomobilə qoşun. Ya da standart “Android Auto” tətbiqinin üstünlüklərindən faydalanmaq üçün “Android™” smartfonunuzla bağlantı yaradın.

“Toyota Safety Sense™” 2.5 (TSS 2.5) yeni “Toyota Highlander” avtomobilinə xas aktiv təhlükəsizlik funksiyalarıdır. Bu innovativ funksiyalar sizi və sərnişinlərinizi xəsarətdən qorumaq məqsədi daşıyır. TSS (“Toyota Safety Sense”) kimi aktiv təhlükəsizlik sistemləri sürücüyə kömək üçün nəzərdə tutulub. Sistemlər sürücünün diqqətini və məsuliyyətini əvəz etmir. Xarici amillər ucbatından bu sistemdə dəqiq tanınmada və səmərəli idarəetmədə məhdudiyyətlər mövcuddur və buna görə sistəmə çox güvənmək lazım deyil. Sürücü maşını idarə edərkən hər zaman ətrafında olan avtomobillərə diqqət yetirməlidir və sürüş zamanı bütün təhlükəsizlik tədbirlərinə riayət etməlidir.

Mövcud texniki xüsusiyyətlər və qiymətlər haqqında daha ətraflı məlumat almaq üçün rəsmi “Toyota” dilerlərinə müraciət edə, yaxud internet saytımıza nəzər sala bilərsiniz: www.toyota.az.