İbrahimoviç klubundan üzr istədi

15:40 27-01-2021 380

“Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç “İnter”lə oyununda etdiyi hərəkətdən peşman olub və klubdan üzr istəyib.

“Football Italia” xəbər verir ki, bu barədə “Milan” klubunun baş məşqçisi Stefano Pioli açıqlama verib.

Qeyd edək ki, Zlatan İbrahimoviç ötən gün “İnter”lə oyunun ilk hissəsində rəqib komandanın hücumçusu Romelu Lukaku ilə mübahisə edib

Hər iki oyunçu bir-birilərini təhqir etdiyi üçün sarı vərəqə alıblar.

Lakin Z.İbrahimoviç oyunun ikinci yarısında növbəti dəfə sarı vərəqə alaraq komandasını azlıqda qoyub.