İngiltərə Premyer Liqasında unikal rekord

16:00 27-01-2021 371

İngiltərə çempionatının 20-ci turu çərçivəsində keçirilən “Vest Bromviç Albion” - “Mançester Siti” qarşılaşması qonaqların 0:5 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, “Mançester Siti” ardıcıl yeddinci qələbəsini qazanıb və 41 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

İngiltərə Premyer Liqasının “Twitter” hesabında isə çempionatda unikal rekordun qeydə alındığı vurğulanır. Belə ki, tarixdə ilk dəfə mövsüm ərzində doqquz fərqli komanda liderlik edib.

Bu mövsüm İngiltərə Premyer Liqasında liderliyə yüksəlmiş komandalar: “Arsenal”, “Everton”, “Lester”, “Liverpul”, “Sauthempton”, “Tottenhem”, Çelsi”, “Mançester Yunayted” və “Mançester Siti”.