Bakıda avtomobil ata və oğlu vurdu

22:20 27-01-2021 300

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Yolu keçən 1987-ci il təvəllüdlü Əhmədov Ataş Rafail oğlu və onun 8 yaşlı övladı Əhmədov Ədalət Ataş oğlunu avtomobil vurub. Hər iki yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı A.Əhmədova sağ qamış sümüyünün sınığı, Ə.Əhmədova isə bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.