Abşeronda ikimərtəbəli ev yanıb

23:00 27-01-2021 312

Abşeron rayonunun Hökməli qəsəbəsində ümumi sahəsi 140 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 15 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan 1 ədəd kondisioner qarsalanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;