“Hyundai” yeni pilotsuz avtomodulunu təqdim etdi - FOTO

09:20 11-02-2021 459

Cənubi Koreyanın “Hyundai” şirkətinin “New Horizons Studio” bölməsi tərəfindən hazırlanan “Tiger X-1” adlı pilotsuz avtomodulu təqdim olunub.

Motor.ru portalının məlumatına əsasən, aparatın əsas özəlliyi onun təkcə Yerdə deyil, digər planetlərin səthində də hərəkət edə bilməsidir.

Aparat müxtəlif avadanlıqların, tibbi ləvazimatların və ərzaq məhsullarının mürəkkəb relyefli ərazilərə çatdırılması üçün nəzərdə tutulub.

“Tiger X-1” hələ 2019-cu ildə təqdim edilmiş “Elevate” qəza-xilasedici aparatının bazasında hazırlanıb. Lakin öz sələfindən fərqli olaraq, yeni aparat tam olaraq avtonom çalışır, onun salonunda insana ehtiyac yoxdur.

Avtomodulun şassi və təkərləri 3D çapdan istifadə olunmaqla hazırlanıb. Ondan digər planetlərin araşdırılması zamanı da istifadə etmək mümkündür.