Nəhəng “Range Rover qəbristanlığı” aşkar olundu – FOTO

03:40 15-02-2021 523

Britaniyalı fotoqraf Emi Şor kralllıq ərazisində nəhəng “Range Rover qəbristanlığı” aşkar edib.

Motor.ru portalı məlumat verir ki, burada əsasən avtomobilin ilk buraxılışından olan modellər toplanıb. Hərçənd, ərazidə avtomobilin daha yeni versiyalarına da rast gəlmək mümkündür.

Atılmış avtomobillərin vəziyyətinə diqqətlə baxsaq, onların artıq uzun müddətdir burada qaldığını görmək olar. Belə ki, onlardan bir çoxunun kuzovu paslanıb, salonu isə mamırla örtülüb. Bəzi avtomobillər isə artıq hissələrə parçalanıb.