Artilleriyaçılarımızın silah və hərbi texnikasına baxış keçirildi

19:27 02-08-2019 869

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxstanda keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində istifadə ediləcək silah və texnikaya baxış keçirilib.

HerGun.Az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Silah və döyüş texnikası qəbul edildikdən sonra artilleriyaçılarımız müsabiqənin mərhələlərinin keçilməsi üsullarının məşq etdirilməsinə başlayıblar.

Püşkatmanın nəticələrinə əsasən birinci mərhələdə artilleriyaçılarımız Rusiya, Venesuela və Zimbabve komandaları ilə yarışacaqlar.
 
Müsabiqə avqustun 17-dək davam edəcək.