ABŞ-da qatar qoşqulu yük avtomobilini parçaladı – VİDEO

02:00 24-02-2021 516

Qatarın qoşqulu yük avtomobilini vuraraq hissələrə parçalaması anı küçədə quraşdırılan müşahidə kameraları tərəfindən qeydə alınıb.

“Haber Global”ın verdiyi məlumata görə, hadisə ABŞ-da baş verib.

Kadrlarda dəmiryolunu keçməyə cəhd göstərən yük avtomobili sürücüsünün diqqətsizliyi üzündən meydana gəlmiş qəza əks olunub. Belə ki, qəzaya səbəb sürücünün qırmızı işığı görməməsi olub.

Toqquşma nəticəsində xəsarət alan olmasa da, yük avtomobilinin qoşqu hissəsi tamamilə yararsız hala düşüb.