Urqantın qızı alt paltarında reklama çəkildi – FOTO

07:00 24-02-2021 427

Rusiyalı tanınmış teleaparıcı İvan Urqantın ögey qızı Erika Kutaliya məşhur “Jacquemus” geyim brendinin reklamında çəkilib.

Lenta.ru portalının məlumatına görə, şəkillər adıçəkilən brendin “Instagram” hesabında paylaşılıb.

Kadrlarda gənc xanım alt paltarında öz sevgilisi ilə birlikdə gürünür.

Qeyd olunur ki, “Jacquemus”un yeni yay kolleksiyası “L'AMOUR” (Sevgi) adlanır. Onun reklamı üçün yalnız sevgili cütlüklər cəlb edilib.

Çəkilişlər amerikalı fotoqraf Tom Keller tərəfindən aparılıb.

Fotolar ilk 16 saat ərzində 100 mindən çox bəyənmə toplayıb.