Əfv Komissiyasının növbəti iclası keçirilib, 150-dən çox müraciətə baxılıb

19:20 24-02-2021 289

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

“Report” xəbər verir ki, iclasda əfvlə bağlı 150-dən çox müraciətə baxılıb.

Bununla da komissiyada baxılan müraciətlərin sayı 350-ni ötüb.

Qeyd edək ki, indiyədək əfv komissiyasının iki iclasında 200-dən çox müraciətə baxılmışdı.