Bakıda yol qəzasında iki nəfər xəsarət aldı

23:20 24-02-2021 332

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1978-ci il təvəllüdlü Vəliyev Elman Məhəmməd oğlu və 1965-ci il təvəllüdlü Qayıbova Təhnirə Oğlan qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. E.Vəliyevə qolun sınığı, T.Qayıbovaya isə alının yarığı diaqnozları qoyulub.