Cəsədi iki gün evində saxladı, sonra quyuya atdı - FOTO

02:00 25-02-2021 48

Türkiyənin Mersin şəhərində yaxınları iki gün Rəmzi Kuraldan xəbər ala bilməyərək hadisəni polisə bildiriblər.

DHA xəbər verir ki, axtarışa keçən polislər 76 yaşlı kişinin meyitini su quyusundan tapıblar.

Müşahidə kameralarının köməyilə tutulan şübhəli törətdiyi əməli etiraf edərək bildirib ki, aralarında yaranan mübahisə zəminində əlindəki küt alətlə R.Kurdalın başına vuraraq onu öldürüb.

O, cəsədi iki gün evdə saxlayıb, sonra isə iki tanışı ilə maşına qoyaraq su quyusuna atıblar.

Həmin şəxslərin dindirilməsi davam edir.