Cavab verməkdə gecikən gənc studiyanı bir-birinə qatdı - VİDEO

04:20 25-02-2021 513

Televiktorinada düyməni vaxtında basa bilməyən iştirakçı qəzəbindən studiyanı dağıdıb.

Bu barədə “Independent” kadrlar yayımlayıb.

Bildirilir ki, “Gettu Betr” verilişində rəqibi tərəfindən bir saniyə qabaqlanan islandiyalı iştirakçı özünü ələ ala bilməyib və qarşısındakı podiumu itələyib. Şüşə konstruksiya döşəməyə düşərək parça-parça olub.

Kadrlardan görünür ki, viktorinanın aparıcısı Kristyana Arnarsdottir və qonaqlar iştirakçının davranışından şoka düşüb.