Mişel Pfayfer solmayan gözəlliyinin sirrini açıqladı - FOTO

07:40 25-02-2021 490

62 yaşlı aktrisa Mişel Pfayfer solmayan gözəlliyinin sirrindən danışıb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

“Sirri budur ki, heç bir sirr yoxdur”, - deyə aktrisa bildirib.

Onun sözlərinə görə qocalıq prosesini aldatmaq mümkün deyil. Belə cazibədar qalmasının sirri isə hamıya məlum olan reseptlərdir.

“Bu hər kəsin bildiyi, amma heç kimin dinləmək istəmədiyi məsələdir – düzgün qidalanmaq, idman və yatmaq”, - deyə o, bildirib.

Aktrisa vurğulayıb ki, çəkilişdə olmayanda bəzən özünə istirahət verir – zərərli nəsə yeyir və həddindən artıq pivə içir.