Deputatdan yaşlı qadınların Bakı küçələrini qardan təmizləməsinə REAKSİYA

15:00 25-02-2021 320

Dünən möhkəm qar yağmasından sonra yaşlı qadınların Bakı küçələrini qar və buzdan təmizləməsini əks etdirən şəkillər məndə də narazılıq yaratdı.

HerGun.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə özünün “Facebook” hesabında yazıb.

O bildirib ki, bəlkə də küçə təmizləmək dalandar kimi onların vəzifəsidir.

“Ancaq ağır hava şəraitində küçələrin təmizlənməsi üçün başqa variantlar tapılmalı, qadınları bu vəziyyətdən xilas etmək lazım idi”, - deyə A.Mirzəzadə əlavə edib.

Aqşin Kərimov