Səbail Rayon İcra Hakimiyyətində yeni təyinat

16:20 25-02-2021 366

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası çərçivəsində yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə Səbail Rayon İcra Hakimiyyətində təyinat olub.  

Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının əmri ilə qeyd olunan şöbənin müdiri vəzifəsinə Vətən müharibəsinin iştirakçısı, Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmiş Orxan Xəqani oğlu Aydınov təyin edilib. 

Qeyd edirik ki, Orxan Aydınov 2016-cı ildən Səbail RİH-in İctimai-siyasi və humаnitаr məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyib.