Mançester və Brayton şəhərlərində “Xocalıya ədalət!” tələbi ilə lövhələr yerləşdirilib - FOTO

01:20 26-02-2021 595

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində “Xocalıya ədalət!” tələbinin dünyanın müxtəlif ölkələrində nümayiş olunması davam etdirilir.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu dəfə Britaniya-Azərbaycan İcmasının sədri Fəridə Pənahovanın təşəbbüsü ilə “Xocalıya ədalət!” tələbinin əks olunduğu lövhələr ölkənin Mançester və Brayton şəhərlərində yerləşdirilib.

Erməni silahlı birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlılara qarşı törətdikləri soyqırıma diqqəti cəlb etmək məqsədilə lövhədə https://justiceforkhojaly.org/  portalı da göstərilib. 

Hər iki şəhərdə “Xocalıya ədalət!” tələbinin iki həftə ərzində nümayiş olunması nəzərdə tutulub.