“Liverpul”un qapıçısının atası ölü tapılıb - FOTO

01:40 26-02-2021 433

“Liverpul” klubunun əsas qapıçısı Alison Bekerin atası Joze Beker ölü tapılıb.

Bu barədə ispaniyalı jurnalist Karlos Laserda özünün “Twitter” səhifəsində məlumat verib.

Məlumata əsasən, yaşlı kişi öz sahəsindəki gölməçələrdən birinə tərəf gedib və itkin düşüb. Hadisə yerinə xılasedicilər cəlb olunub. Lakin hava qaraldığından axtarışların ertəsi gün davam etdirilməsi qərara alınıb. Səhər saatlarında Joze Bekerin cəzədi aşkar olunub. Onun ölüm səbəbi açıqlanmır.

Qeyd edək ki, 28 yaşlı Alison mərhumun yeganə oğlu deyil. “Liverpul”un oyunçusunun 34 yaşlı qardaşı Muruel də qapıçıdır. O, Braziliyanın “Fluminense” klubunun şərəfini qoruyur.