Meksikada Polşa vətəndaşlarının orqanları çıxarılıb

02:40 26-02-2021 348

Münasib iş axtarmaq məqsədilə Meksikaya səfər edən iki Polşa vətəndaşının səyahəti faciə ilə nəticələnib.

Onet.pl resursunun apardığı jurnalist araşdırmasına görə, gənc polyakların orqanları çıxarılıb.

Qeyri-qanuni əməliyyat sonrası onlardan biri vəfat edib. Digəri isə xəstəxanada koma vəziyyətindədir.

Jurnalistlər polşalı qurbanların sayının çox olmasını da istisna etmirlər.

Ölkə ictimaiyyəti və rəsmiləri Meksikada 20 yaşlı Polşa vətəndaşlarının başına gətirilənləri pisləyib.

Polşa Respublikasının Mexiko şəhərindəki konsulu gənclərin ailələri ilə təmasda olduğunu və məsələnin araşdırıldığını bildirib.