Əyləc əvəzinə qaza basan 82 yaşlı sürücü qənnadı dükanına girdi - VİDEO

04:20 26-02-2021 383

İtaliyada 82 yaşlı sürücü əyləc əvəzinə qaza basaraq yol kənarında olan mağazaya çırpılıb.

“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, hadisə mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. 

Videoda sükan arxasında olan yaşlı sürücünün hadisədən şoka düşərək avtomobili söndürə bilmədiyi də əks olunub.