Buffon: “Hər həftə tullanmalarımın enini və hündürlüyünü ölçürəm”

05:20 26-02-2021 360

“Yuventus” klubunun qapıçısı Canluici Buffon karyerasını bitirmək niyyətində olmadığını bildirilib.

O, bu barədə “Sky Sports”a açıqlamasında deyib.

“Oynamağa davam etmək istəyirəmmi? Hər həftə tullanmalarımın enini və hündürlüyünü ölçürəm. Hələlik hər şeyin yaxşı getdiyini görürəm. Yaxşı səviyyədə olduğum müddətcə oynamağa davam edəcəm, amma nəticənin pis çıxdığını görən kimi dərhal dayanacağam”, - deyə 43 italiyalı futbolçu bildirib.

Qeyd edək ki, C.Buffonun Turin klubu ilə müqaviləsi bu ilin yayında bitir.