Suriya ABŞ-ın hava zərbələrinə cavab verdi

02:00 27-02-2021 343

Suriya hökuməti ABŞ-ın ölkənin İraqla sərhəd ərazisini bombardman etməsini Birləşmiş Ştatların təcavüzü kimi qiymətləndirib.

Bu barədə “Al-Ikhbariya” telekanalı məlumat verib.

Xatırladaq ki, bu gecə ABŞ ordusu Suriya-İraq sərhədində İrana bağlı olan qruplaşmaların mövqelərinə hava zərbələri endirib.

Aviazərbələr nəticəsində bir neçə nəfərin həlak olduğu bildirilir.

Rəsmi Pentaqon Suriya ərazisinə hava zərbəsi endirməsini təsdiqləyib.