UNİCEF 85 ölkəyə peyvənd tədarükü üçün “AstraZeneca” ilə razılaşdı

05:00 27-02-2021 351

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) “AstraZeneca” ilə 85 ölkəni 170 milyon doza yeni növ koronavirus peyvəndi ilə təmin etmək üçün müqavilə imzalayıb.

“Anadolu” agentliyi bu barədə UNICEF-in verdiyi açıqlamaya istinadən xəbər yayır.

Qeyd edilir ki, fondla “AstraZeneca” arasında Ümumdünya Səhiyyə Təşkilatının COVAX peyvənd proqramı ilə COVID-19 peyvəndi tədarükünə dair razılıq əldə olunub.