166 məhbus həbsxanadan qaçmağa cəhd etdi - FOTO

05:20 27-02-2021 468

Ekvadorda Quayas Regional Sosial Reabilitasiya Mərkəzindən (CRS) Hollivud filmlərində olduğu kimi qaçış cəhdi baş tutub.

Bu barədə “Haber Global” məlumat verib.

Bildirilir ki, Ekvador Milli Polisi CRS-də saxlanılan 166 məhbusun qaçma cəhdinin qarşısı alınıb. Onlardan 152 nəfəri həbsxana şəhərciyi içərisində, 14-ü də həbsxana ərazisi xaricində ələ keçib.

Bundan əlavə, beş odlu silah, beş daraq və çox sayda əldəqayırma sursat, həmçinin cib telefonları müsadirə edilib.

Qaçış cəhdi ölkənin üç böyük şəhərində iki gün davam edən qiyamlardan sonra həyata keçirilib.

Xatırladaq ki, Quayas regionunda Azuay, Cotopaxi və Quayaquil şəhərlərində həbsxanalarda çərşənbə axşamı günü baş verən hadisələrdə 79 məhkum həlak olmuşdu. Bundan başqa, həbsxananın birində 18 nəfərin doğranmış cəsədi tapılmışdı.

Baş verənlərlə əlaqədar istintaqa başlanılıb.