Boranlı havada -24 dərəcədən aşağı temperaturda bir sutkadan çox qaldı – VİDEO

09:00 27-02-2021 443

Evinə qayıdarkən qar fırtınasına düşən kişi dondurucu şaxtada avtomobilində 28 saat sağ qalmağı bacarıb.

Bu barədə “Kostanayskiye novosti” xəbər yayıb.

Bildirilir ki, doğma şəhərinə məzuniyyətdən qayıdan kişi axşam vaxtlarında çovğuna düşür. Təyinat məntəqəsinə çatmaq üçün cəmi 200 km məsafə olub. Lakin əlverişsiz hava şəraitinə görə kişi yolda dayanmalı olub. Tezliklə maşında temperatur -24 dərəcəyə düşür. Qızınmaq və yuxuya getməmək üçün o, salonda oturacaqların üzlüyünü qopararaq, onlara bürünür, həmçinin hər 15 dəqiqədən bir press edir.

Xilasedicilər isə yolların bağlanması səbəbindən ancaq səhərə gəlib çatacaqlarını bildirirlər. Bununla belə, onlar 28 saatdan sonra gəlib çata bilirlər.

Aşağı ətrafları donmuş kişi təcili yardım maşını ilə xəstəxanaya çatdırılır.

Həkimlərin sözlərinə görə, kişi fiziki hərəkət etməsəydi, yatar və bir daha ayılmazdı.

“Mənim Popovdan daha az müddətdə şaxtada qalmalarına baxmayaraq, daha çox donan pasiyentlərim olub”, - deyə onu müalicə edən həkim bildirib.