Ağsu sakinindən odlu silah götürüldü

12:20 27-02-2021 320

Ağsu sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində rayonun Ərəbmehtibəy kənd sakini İlyas Mikayılovdan müvafiq sənədləri olmayan, qanunsuz olaraq saxladığı BUM markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.