Rusiyanın RBK televiziya kanalı Füzulidə inşa olunan beynəlxalq hava limanı barədə süjet yayımlayıb - VİDEO

01:00 28-02-2021 336

Azərbaycan Qarabağda beynəlxalq hava limanının tikintisinə başlayıb və 2021-ci ilin payız ayında aeroportu istifadəyə vermək niyyətindədir.

Bu barədə Rusiyanın RBK telekanalına yayımlanan süjetdə qeyd olunur.

Xəbərdə Füzulu şəhərində inşa olunacaq beynəlxalq hava limanının bütün tip təyyarələri qəbul edə biləcəyi bildirilir.

Videoda həmçinin qeyd olunur ki, sözügedən aeroportun istifadəyə verilməsi Qarabağın dağıdılmış yaşayış məntəqələrinin, həmçinin Şuşanın inkişafında mühüm rol oynayacaq.