Rusiyada avtobusda qadınlar arasında dava: 30 yaşlı qadın yaşlı vətəndaşı güllələdi

05:40 28-02-2021 337

Rusiyanın Sankt-Peterburq şəhərində avtobusda sərnişinlər arasında atışma ilə nəticələnən mübahisə yaşanıb.

Bu barədə TASS ölkənin Daxili İşlər Nazirliyinin bölgə üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat verib.

“Avtobusdan çıxarkən 30 yaşlı qadın vətəndaş 65 yaşlı qadını pnevmatik tapança ilə vurub”, - deyə bildirilir.

Nəticədə zərərçəkən yanağından orta dərəcəli xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Cinayət törədən şəxs tutularaq polis bölməsinə aparılıb.

Hadisənin təfərrüatı araşdırılır.