Şəmkirdə 48 yaşlı kişi bıçaq xəsarəti alıb

10:40 28-02-2021 545

Şəmkir rayonunda mübahisə zəminində bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınlıb.

1973-cü il təvəllüdlü İlham İbrahim oğlu Hüseynov həmyerlisi,1973-cü il təvəllüdlü Gündüz Fikrət oğlu Zeynalov tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.